...

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda ilk dəfə olaraq internet-sığorta tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend /

Bu gün Beynəlxalq Sığorta Şirkəti yeni xidmətin təqdimatını keçirib. Bu haqda şirkətin cümə güynü yaydığı məlumatda deyilir.

Xidmət sayəsində Azərbaycanda ilk dəfə olaraq sığorta vəsiqəsi əldə etmək istəyən istənilən şəxs vaxt itirmədən dünyanın hər bir nöqtəsindən sadəcə internetdən yararlanaraq günün 24 saatı və həftənin 7 günü ərzində lazım olan sığorta paketini plastik kartla ödəməklə əldə edə bilər.

Sığorta vəsiqəsi müştəriyə onun göstərdiyi ünvanda çatdırılacaq. Bunun üçün beynəlxalq sığorta şirkətinin saytına daxil olub lazımi ərizəni dolduraraq kart vasitəsi ilə ödəmə aparmaq kifayətdir - www.iic.az.

Sözügedən xidmət əsasən vaxtına qənaət edən və iş yerindən ayrılmaq imkanı olmayan şəxslər üçün daha əlverişlidir.

Layihəni fərqləndirən onun Azərbaycanda analoqunun olmamasıdır.

Beynəlxalq Sığorta Şirkəti 2002-ci idə yaradılıb. Şirkətin təsisçisi Azərbaycan Beynəlxalq Bankıdır.

Xəbər lenti

Xəbər lenti