...

Gəncədə saxta sement satışı faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Gəncədə saxta sement satışı faktı aşkarlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.

"Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 161 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Gəray Xəlil oğluna məxsus tikinti materiallarının satışı obyektində ümumi çəkisi 8 ton olan 200 kisə "Qaradağ-Sement" ASC-nin "Special M-400" əmtəə nişanı ilə nişanlanmış saxta sement aşkar edilib", - məlumatda bildirilir.

Analoji fakt Kəpəz rayonu, Azərbaycan Əsgəri küçəsi, 1 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Anar Nəsib oğluna məxsus tikinti materiallarının satışı obyektində də aşkarlanıb. Sözügedən satış obyektində "Qaradağ-Sement" ASC-nin əmtəə nişanından qeyri-qanuni istifadə edilməklə nişanlanmış ümumi çəkisi 7,1 ton olan 53 ədəd "Optimal M-300" və 90 ədəd "Special M-400" markalı sement aşkarlanıb.

Aşkar olunmuş saxta sement dövriyyədən çıxarılaraq keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub.

Dövlət xidməti monitorinqləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti