...

Azərbaycan və Kuba energetika məsələləri üzrə işçi qrup yaratmaq niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2009 11:44 (UTC +04:00)
Azərbaycan və Kuba energetika məsələləri üzrə işçi qrup yaratmaq niyyətindədirlər

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan və Kuba energetika məsələləri üzrə işçi qrup yaradacaqlar. Bu barədə çərşənbə axşamı Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.

"İşçi qrup yaratmaq istəyirik. Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəsi var və buna görə biz Kuba tərəfinə bizim mütəxəssislərdən istifadə etməyi təklif etmişik. Biz neft-qaz sahəsinin inikşaf etdirilməsi məsələsində Kubaya yardım etməkdə maraqlıyıq", - deyə Cavadov bildirib.

Cavadov vurğulayıb ki, bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Kubanın xarici ticarət və xarici sərmayələr üzrə nazir müavini Rikkardo Gerrero iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

"Biz əməkdaşlığımızı genişləndirmək niyyətindəyik", - deyə o qeyd edib.

Yanvar-martda Azərbaycan ilə Kuba arasında mal dövriyyəsi 34 min dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti