...

USAID Azərbaycanın özəl sektorunu dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müx. N.İsmayılova /

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) mayda Azərbaycanın özəl sektorunu dəstəkləmək üzrə yeni layihənin maliyyələşdirilməsinə başlayıb, agentlikdən bildiriblər.

Layihə Azərbaycan və ABŞ arasında hökumətlərarası müqavilə çərçivəsində Azərbaycana yardım layihələrinin birgə maliyyələşdirilməsi məqsədi ilə həyata keçiriləcək. Bu müqaviləyə əsasən, 2009-2011-ci illərdə USAİD Azərbaycan hökuməti ilə birgə investisiya, ticarət proqramları, xərclərin planlaşdırılması və idarəsi, özəl sektorun rəqabət qabiliyyəti və regionların sosial-iqtisadi inkişafını maliyyələşdirəcək.

7 milyon dollar dəyərində olan layihə ölkənin regionlarına və aqrar sektora yönəldiləcək. Onun icrası 2 il ərzində həyata keçiriləcək.

Hökumətlərarası müqavilə ilə nəzərdə tutulmuş proqramların ümumi büdcəsi 45 milyon dollar təşkil edir. Bunun 24,3 milyonu ABŞ, 20,7 milyon manatı Azərbaycan hökuməti tərəfindən təqdim ediləcək.

29 may üçün rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti