...

Azərbaycanda Belarus texnologiyası ilə avtokranlar istehsal olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2009 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir N.İsmayılova /

Bu il Gəncə avtomobil zavodunda Belarus texnologiyası ilə ilk avtokranlar yığılacaq, cümə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç bildirib.

Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyevin sözlərinə görə, 10 gün əvvəl Moqilyev metallurgiya zavodunun nümayəndə heyəti zavodda quraşdırma istehsalatının yaradılması təklifi ilə səfər edib.

"Hazırda satış bazarında marketinq araşdırmaları aparılır, lakin yaxın zamanlarda bu texnikanın istehsalına başlanılacaq", - Fətiyev bildirib.

Kranları Gəncə zavodunda yığılan Belarus avtomobillərinə (MAZ) quraşdırmaq nəzərdə tutulur.

Minsk avtomobil zavodunun yük avtomobillərinin Azərbaycanda yığılması və satışı haqqında müqavilə 2006-cı il noyabrının sonunda Minskdə imzalanıb.

Yığım 15 min kvadrat kilometr ərazidə həyata keçirilir.

Gəncə şəhəri Bakıdan 265 kilometr aralıda yerləşir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti