...

Azərbaycanın ticarət şəbəkəsindən yenidən bir 1 tona yaxın müddəti keçmiş məhsul çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2009 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Xidməti ərzaq məhsullarının satışı üzərində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbəti monitorinq zamanı 1 tona yaxın müddəti keçmiş məhsul aşkarlayaraq dövriyyədən çıxarıb və məhv edib, çərşənbə günü yayılmış nazirliyin məlumatında deyilir.

Pozuntular Bakı şəhərinin Nizami rayonunda, Qusar və Balakən rayonlarının ticarət obyektlərində aşkarlanıb. Müddəti keçmiş məhsullar arasında şirniyyat və kolbasa məmulatları, kərə yağı, balıq konservləri, pivə və sərinləşdirici içkilər olub.

Pozucular - bir hüquqi və altı fiziki şəxs -  barəsində inzibati xətalar haqqında protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən pozuculara cərimə tətbiq olunacaq.

Ümumilikdə "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" Qanunun qüvvəyə minməsindən sonra 2009-cu il mayın 17-dən etibarən dövlət xidməti tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində qanunu pozmuş 11 hüquqi şəxs barəsində 40,5 min manat, 45 fiziki şəxs barəsində 68 min manat məbləğində cərimə tətbiq olunub.

İyunun 10-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti