...

Azərbaycan dövlət büdcəsindən sosial ipotekanın bərpası üçün birinci tranş ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2009 16:51 (UTC +04:00)
Azərbaycan dövlət büdcəsindən sosial ipotekanın bərpası üçün birinci tranş ayrılıb

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) 2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 14 milyon manatdan iki milyon manatını birinci tranş kimi əldə edib", - cümə axşamı AİF-dən bildirilib.

"Belə olan təqdirdə, bu gündən etibarən Azərbaycanda mənzil alınmasının maliyyələşdirilməsi üzrə güzəştli kreditlərin verilişi bərpa edilir. Sosial ipotekanı almaq istəyənlər bu gündən etibarən fondun səlahiyyətli banklarına müraciət edə bilərlər", - fonddan bildirilib.

Fondun 17 agent bankı var - Azərbaycan Beynəlxalq Bankı, Azerdemiryolbank, Azəriqazbank, AtaBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank Standard, Bank Respublika, Gencebank, Kapital Bank, UniBank, Pasa Bank, Muganbank, Texnikabank, Turanbank, Xalq Bank, Zaminbank.

Güzəştli kreditlərə çıxış imkanına şəhid, milli qəhrəmanlar və məcburi köçkünlərin ailələrinin üzvləri, üç ildən çox iş təcrübəsi olan dövlət qulluqçuları, elmlər namizədləri və doktorları, idmanda xidmətləri olan şəxslər, həmçinin minimum üç ay hərbi xidmət stajı olanlar malik olacaq. Güzəştli ipoteka krediti almaq hüququ olan hər bir ailə bu imkandan yalnız bir dəfə yararlana bilər.

AİF ipoteka kreditləşməsini iyunun 1-dən bərpa edib. İpoteka kreditlərinin AİF xətti ilə maliyyələşdirilməsi 2007-ci ilin yayında vəsait çatışmazlığı üzündən dayandırılmışdı.

Kreditlər üzrə faizlər kommersiya banklarında 8-20 faiz arasında dəyişir. Kredit müddəti 10-25 ildir. Məbləğin maksimum həcmi 50 min manatdır və onun həcmi kreditin hansı müddətə - 3-25 il müddətinə verilməsindən asılıdır.

İyunun 18-nə rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti