...

Azərbaycanda bir ay ərzində istehlakçı hüquqlarının pozulması üzrə 90 fakt aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2009 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend  /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Dövlət Nəzarət Xidməti tərəfindən 1,4 ton vaxtı ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Onlar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, konservləşdirilmiş tərəvəz məhsulları və s. yer alır.

Əhalinin istehlakçı hüquqlarının pozulması faktları iyunun 17-də Bakının Yasamal, Nəsimi, Nərimanov rayonlarında, həmçinin Gəncə şəhəri, Cəlilabad və Quba rayonlarında pərakəndə satış obyektlərində keçirilən monitorinqlər çərçivəsində aşkar olunub.

Bununla yanaşı, Tərtət rayonundakı tikinti materialları mağazalarında 12,6 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

İstehlakçı hüquqlarını pozan üç hüquqi və 10 fiziki şəxsə qarşı inzibati qayda pozuntusu haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edilib.

Azərbaycan Prezidentinin 2009-cu ilin may ayının 17-də imzaladığı inzibati qanun pozuntusu haqqında məcəlləyə əlavə düzəlişlərin edilməsinin təsdiqlənməsi barədə fərmanından sonra 14 hüquqi şəxsə 52,5 min manat, 73 fiziki şəxsə isə 110 min manat məbləğində cərimə tətbiq edilib.

İyunun 18-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti