...

TRACECA nəqliyyat dəhlizinin iştirakçı dövlətləri onun sonrakı inkişafı barədə qərar qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2009 12:13 (UTC +04:00)
TRACECA nəqliyyat dəhlizinin iştirakçı dövlətləri onun sonrakı inkişafı barədə qərar qəbul ediblər

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.İsmayılov /

TRACECA nəqliyyat dəhlizinin dövlətlərarası komissiyasının yeddinci iclasının yekunları üzrə qəbul edilmiş sonuncu qətnamə və bəyannamə dəhlizin sonrakı inkişafına və Trans Avropa şəbəkəsinə çıxışa yönəldilib. Bu barədə cümə axşamı Azərbaycanın TRACECA nəqliyyat dəhlizi layihəsi üzrə milli katibi Akif Mustafayev bildirib. İclas iyunun 15-16-da İssık-Kulda (Qırğızıstan) keçirilib.  

Mustafayevin qeyd etdiyi kimi, qəbul edilmiş sənədlər TRACECA institutlarının dəyişdirilməsinə yönlənib.

İclasda komissiyanın daimi katibliyinin yeni baş katibi vəzifəsinə Qırğızıstanın keçmiş nəqliyyat naziri Jantora Satıbaldıyev seçilib.  

"Nümayəndəlik Qazaxıstandan Qırğızıstan Respublikasına köçürülüb", - deyə Mustafayev bildirib.

Hazırda TRACECA iştirakçısı olan dövlətlər Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ruminiya, Tacikistan, Türkmənistan, Türkiyə və Ukraynadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti