...

Azərbaycanda son bir ay yarım ərzində istehlakçı hüquqlarını pozanların sayı 150-yə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 2-də keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 200 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidaları, quru çaylar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı Xətai rayonunda 3 litrlik şüşə qablarda 35 ədəd istifadə müddəti ötmüş konservləşdirilmiş tərəvəz məhsulları, sertifikatlaşdırılmamış 168 ədəd mineral su və 432 ədəd meyvə şirəsi aşkar olunub və istifadədən çıxarılaraq məhv edilib.

Qanunvericiliyin tələbini pozmuş 2 hüquqi və 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixdən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 26 hüquqi şəxsə 100,5 min manat, 122 fiziki şəxsə 183,5 min manat cərimə tətbiq olunub.

İyulun 03-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti