...

Bank Respublika-nın səhmlərinin emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Respublika" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılmış məlumatında deyilir.

Bir səhmin nominal dəyəri 2 AZN olmaqla emissiyanın həcmi 8.000.000 AZN təşkil edir. Bankın nizamanmə kapitalı 22,6 milyon manat təşkil edir.

Yerləşdirmə kütləvi təklif yolu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Respublika Invest" MMC çıxış edəcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

Bank Respublika ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti Bakı Fond Birjasının internet saytının "Emitentlər" bölməsində yerləşdiriləcək.

2005-ci il aprel ayının 28-də Bank Respublika və Almaniyanın aparıcı maliyyə institutları arasında imzalanmış razılaşmaya əsasən, KfW bank qrupunun üzvü DEG investisiya koorporasiyası və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust (SIDT) bankın səhmdarları olub. Onlar 25 faiz+1 səhm həcmində səhm paketinə sahib olublar.

İyulun 6-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti