...

Milli Depozit Mərkəzinin fəaliyyət strukturu iki hissəyə bölünüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir N. İsmayılova /

Azərbaycanın Milli Depozit Mərkəzinin müştərilərinə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq və bu proseduru sürətləndirmək məqsədi ilə mərkəzin fəaliyyət strukturu əsas istiqamətlər üzrə iki hissəyə - Front Office və Back Office - bölünüb.

Səhmdarların və Müşahidə Şurasının 12 iyunda keçirilən birgə iclasının yekununa əsasən, mərkəzin yeni strukturunun yaradılması barədə qərar qəbul edilib. Qərara əsasən, qiymətli kağızlar bazarında infrastruktur tələbatına və korporativ idarəetmə prinsiplərinə cavab verən yeni struktur bölməsi və ikipilləli idarəetmə sistemi yaradılıb.

Müştəri xidməti departamenti - Front office vasitəsilə müştərilərə ilkin sənədlərlə ətraflı tanışolma və müştərilərə sənədlərin verilməsi üzrə xidmət göstəriləcək.

Əməliyyat departamenti - Back Office əsas fəaliyyət üzrə plana dəstəyi əks etdirir, yəni məlumat bazasına daxil olan məlumatların yoxlanması və təsdiq edilməsi ilə məşğul olur, o cümlədən fəaliyyət planını həyata keçirəcək.   

Yeni struktura əsaslanaraq, struktur bölmələri İdarə Heyətinin sədri ilə yanaşı, onun iki müavininin nəzarətində olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti