...

Qazaxstanda işsizliyin səviyyəsi 6,6 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 15:49 (UTC +04:00)

Qazaxstan, Astana, 13 iyul / Trend , müxbir K.Konırova /

Qazaxstanda iyunda işsizlərin sayı 559,2 min nəfər, işsizliyin səviyyəsi isə 6,6 faiz təşkil edib. Bu barədə Trend -a Qazaxıstan Statistika Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

"İyulun 1-nə respublika əhalisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarında 92,8 min nəfəri rəsmi qeydiyyatdadır. İqtisadi fəal əhalidən qeydiyyatda olan işsizlərinin payı 1,1 faizdir ki, bu da keçən ilin analoji dövr göstəricisi ilə müqayisədə 0,4 faiz çoxdur",- məlumatda deyilib.

Məlumata görə, respublika iqtisadiyyatında 2009-cu ilin iyununda 8 milyon əhali işləyib.

"Keçən ilin analoji dövrü ilə müqayisədə onların sayı 39,7 min nəfər, yaxud  0,5 faiz çoxalıb. Verilmiş müddətdə muzdlu işçilərin sayı 5,3 milyon nəfər (ümumi məşğulların 65,9 faizi) təşkil edib. 2009-cu ilin iyun ayında gizli işsizliyin səviyyəsi iqtisadi fəal əhalinin 1,1 faizini təşkil edib", - agentlikdən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti