...

Gürcüstan tranzit rolunu artırmaq məqsədilə Azərbaycan və digər sərhəd ölkələrlə birgə çalışır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 15:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirtsxaliya / 

Bu gün Tbilisidə interaktiv görüş keçirilib. Görüşdə Əfqanıstana Qafqaz regionundan avtomobil daşınmaları məsələsi müzakirə olunur. Görüşdə Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya iştirak edir. 

O bildirib ki, Əfqanıstana humanitar yüklərin çatdırılması ABŞ-ın prioritetlərindən biridir. "Gürcüstan müəyyən sayda yük buraxır, onların potensial göstəriciləri azdır, lakin bizim ölkəmiz yük axınını artırmaq üçün böyük potensiala malikdir. Bu, Gürcüstana əlavə gəlir gətirəcək, amma bunun üçün çox iş görülməlidir. Birinci və ən vacib olan mobillikdir, yəni yollarımızın buraxılış gücüdür. Hökumətimiz 1,2 milyard dollar məbləğində işlər həyata keçirir. İkinci vacib məsələ Gürcüstanın Azərbaycan və digər sərhəd ölkələri ilə çalışdığı kəsişmə məntəqələrində prosedurların asanlaşdırılmasıdır", - o deyib.

"Gürcüstan həm dəmiryolu planında, həm də avtodaşımalarda tranzit ölkədir, buna görə də ölkənin  tranzit funksiyasını artırmaq məqsədilə bu istiqamətdə tərəfaşlarla fəal çalışmaq lazımdır", - deyə Jvaniya bildirib. 

Nazirin sözlərinə əsasən, yük daşımalarının həcmi kifayət qədər böyükdür, lakin onların böyük əksəriyyəti Əfqanıstana Rusiya ərazisindən gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti