...

Azərbaycanda daha 500 kq vaxtı ötmüş ərzaq satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 18:26 (UTC +04:00)
İstehlak bazarını keyfiyyətsiz və istifadəyə yararsız mallardan qorumaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İstehlak bazarını keyfiyyətsiz və istifadəyə yararsız mallardan qorumaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir. Dövlət Xidmətinin iyulun 16-da keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 500 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib", - nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Monitorinqlər Bakının Binəqədi və Suraxanı rayonları, həmçinin Quba, Gəncə şəhərləri və Qax rayonunda keçirilib.

Müddəti ötmüş ərzaq məhsulları arasında kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, həmçinin meyvə şirələri, mayonezlər, pivələr və s. olub.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi şəxs və 14 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 181 fiziki şəxsə isə 272 min manat cərimə tətbiq olunub.

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti