...

Tbilisi Beynəlxalq aeroportunda müasir mülki radar işə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 18:36 (UTC +04:00)
Tbilisi Beynəlxalq aeroportunda müki aviasiya üçün quraşdırılmış uçuşların təhlükəsizliyini təmin edəcək radar istismara verilib.

Gürcüstan, Tbilisi, 21 iyul / Trend , müxbir N.Kirsxaliya /

Tbilisi Beynəlxalq aeroportunda müki aviasiya üçün quraşdırılmış uçuşların təhlükəsizliyini təmin edəcək radar istismara verilib. Mülki radarın prezentasiyasında Gürcüstan Prezidenti Mixail Saakaşvili və Fransanın Gürcüstandakı səfiri Erik Furnye iştirak edib.

Saakaşvili bildirib ki, mülki radar ötən ildə Gürcüstanı bombalayan 200 təyyarədən biri tərəfindən məhv edilib. Bununla da Avrasiya məknaında uçuşların təhlükəsizliyi sual altında qalıb.

Gürcüstan və Rusiya münasibətlərinə toxunan prezident bəyan edib ki, "evinə girib bir neçə otağını tutan" qonşu dövlət ilə mehriban münasibətlər qurmaq mümkün deyil. "Mehriban münasibətlər qurmaq üçün sərhədlər lazımdır və biz onları Rusiya xəritələri üzrə qəbul etmək niyyətində deyilik. Bu sərhədlər Psou və Roksko tuneli ilədir və əgər Rusiya bu sərhədlərə geri dönsə, biz onlarla münasibətləri qaydaya salacağıq", - Gürcüstan Prezidenti bildirib.

Radar Fransa hökumətinin dörd milyon avro həcmində dəstəyi ilə quraşdırılıb. Bu vəsaitə müasir müki radar alınıb və Tbilisi Beynəlxalq hava limanı təmir edilib, bu isə uçuşların təhlükəsizliyini təmin edir.

"Fransa Gürcüstana investisiya qoyuluşunu davam etdirir, müəssisələrimizin çoxu sizin ölkənizdə qurulur ki, bu da çox sevindirici haldır", - deyə Fransa səfiri gürcü dilində bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti