...

Türkmənistanda çiyidli pambıq məhsulunun bol olması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 13:43 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 iyul / Trend News, müxbir H.Həsənov /

Türkmənistanda çiyidli pambıq məhsulunun bol olması planlaşdırılır. Bu il 545 min hektar ərazidən 1 milyon 50 min ton pambıq yığılması planlaşdırılır.

Rəsmi türkmən mənbəsindən bildirildiyi kimi, bu günlərdə pambıqyığımı üzrə hökumət iclası keçirilib.

"Pambıq sahələrində bol məhsul yetişdirilib. Artıq onun müasir üsul ilə yığılması üçün bütün aqrotexnik işlərin keçirilməsinə hazırlaşmaq lazımdır. Pambığın payızda itkisiz yığılması üçün bütün tədbirləri həyata keçirmək lazımdır", - deyə Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhemedov bildirib.

"Üzərimizə götürdüymüz bütün illik öhdəliklərin icra edilməsi bizim müqəddəs borcumuzdur", - deyə o əlavə edib.

Türkmənistan becərilən pambığın üçdə bir hissəsini ölkə daxilində emal edir. Toxuculuq sahələri məhsullarını, xüsusilə cins parçaları Avropa və ABŞ biznesmenləri alır.

Xəbər lenti

Xəbər lenti