...

USAID Azərbaycanda keçirilən bir sıra layihələrin realizə müddətini uzatmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 15:00 (UTC +04:00)
"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda 2007-ci ilin sentyabrından keçirilən ticarət və sərmayə sahələrində islahatlara dəstək proqramının bir neçə komponentinin realizə müddətini uzatmaq niyyətindədir", - agentlikdən deyilib.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir N.İsmayılova /

"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda 2007-ci ilin sentyabrından keçirilən ticarət və sərmayə sahələrində islahatlara dəstək proqramının bir neçə komponentinin realizə müddətini uzatmaq niyyətindədir", - agentlikdən deyilib.

"Bu proqramın başa çatdırılması bu ilin avqustuna nəzərdə tutulub, ancaq indi agentlik onun bəzi komponentləri üzrə realizə müddətini 14 aya qədər uzatmaq niyyətindədir",- agentlikdən bildirilib.

Bununla yanaşı, agentlikdən deyilib ki, USAID tərəfindən əlavə maliyyələşdirmənin alınması gözlənilir. Hələ ki, proqramın hansı komponenetlərinin vaxtının uzadılacağı məlum deyil.

Layihə Azərbaycanda kömək layihələrinin birgə maliyyələşdirilməsi üçün Azərbaycan və ABŞ arasında bağlanılmış hökumətlərarası müqavilə çərçivəsində realizə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti