...

Azərbaycanın sığorta şirkəti tərəfdaşlarının siyahısını genişləndirir - təkrar sığortaçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Rusiya Təkrarsığorta Cəmiyyəti" ASC-nin baş direktoru Anrey Polyakov Bakıda Azərbaycanın "Ata Sığorta" sığorta şirkətinin rəhbərliyi ilə görüşüb, bu barədə çərşənbə axşamı şirkətdən bildirilib.

"Səfərin əsas məqsədi təkrarsığorta çərçivəsində ikitərəfli əlaqələrin qurulması olub", - deyə şirkətdən bildirilib.

Polyakov şirkətin Direktorlar Şurasının sədri, İdarə Heyətinin sədri və Ümumi Sığorta Departamentinin direktoru ilə görüşüb. 

"Görüşün nəticələrinə əsasən, Ata Sığorta-nın təkrarsığorta əməliyyatlarının ötürülməsi üçün şirkətlər arasında münasibətlərin formalaşdırılması haqqında müqavilə imzalanıb", - deyə şirkətdən bildirilib.

Ata Holding-in tərkibinə daxil olan Ata Sığorta ölkənin sığorta bazarında 2004-cü ildən fəaliyyət göstərir. Şirkət sığortanın 21 növü üzrə könüllü və beş növü üzrə isə icbari sığorta xidmətləri həyata keçirir. Şirkətin ödənmiş nizamnamə kapitalı iki milyon manat təşkil edir.

İyulun 27-nə rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti