...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 19:51 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 28-də ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir N. İsmayılova /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 28-də ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirib. Bu baradə QKDK-dən verilən məlumatda deyilir.

Sədr Rüfət Aslanlı komitənin ilin birinci yarısında fəaliyyətini məhsuldar qiymətləndirib. O, növbəti dövrün fəaliyyət planına müvafiq olaraq dəyişdirilmiş planın icrasını sürətləndirməyi, eləcə də bazarda təklifin genişləndirilməsi və tələbatın stimullaşdırılması, qiymətli kağızlar bazarında normativ bazanın təkmilləşdirilməsi, ticarət infrastrukturlarının modelləşdirilməsi və avtomatlaşdırılması üzrə yeni tədbirlərin işlənməsini və hazırlanmasını, həmçinin, tənzimləyici orqanın potensialının gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsini tapşırıb.

İlin birinci yarısında qiymətli kağızlar bazarına maraq artıb, eləcə də formalaşdırılmasını xarakterizə edən struktur dəyişikliyi baş verib. Dövlət qiymətli kağızlarının həcminin azalmasına baxmayaraq, pul siyasətinin yumşaldılması ilə əlaqədar olaraq, korporativ qiymətli kağızlar bazarında ümumi iqtisadi artımı və maliyyə sektorundakı artımı bir neçə dəfə üstələyən dinamiklik müşahidə olunub. Səhm bazarı 24,4 faiz, korporativ istiqrazlar bazarında əməliiyatlar isə 2,3 dəfə artıb. Eyni zamanda, birja ticarətində canlanma müşahidə olunub ki, bu da keçən ilin anoloji dövründəki göstəricini 240 dəfə üstələyib.

İyulun 30-na olan cari məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti