...

Azərbaycan bankı Parabank tərəfindən VİSA Plastic kartları verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 18:58 (UTC +04:00)
İyulun 10-da "Excelsior" otelində "Aki Inter" şirkətinin təşkilatçılığı ilə keçirilən möhtəşəm gecənin bütün iştirakçıları Parabank-dan VİSA Plastic kartları alıblar.
Azərbaycan bankı Parabank tərəfindən VİSA Plastic kartları verilib

Azərbaycan, Bakı, 31 iyul / Trend /

İyulun 10-da "Excelsior" otelində "Aki Inter" şirkətinin təşkilatçılığı ilə keçirilən möhtəşəm gecənin bütün iştirakçıları Parabank-dan VİSA Plastic kartları alıblar. Bu barədə bankdan məlumat verilib.

"Pull Party" adlanan gecə xaricdə təhsil alan tələbələrə həsr edilib. Musiqinin müşayiəti ilə keçirilən möhtəşəm gecədə 500 nəfərdən çox gənc iştirak edib.

Gecənin iştirakçısı olan hər kəs VİSA Classic kartlarının, gecənin VİP qonaqları isə VİSA Gold kartlarının sahibi olublar.

Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qurulan xaricdə təhsil siyasətinə Parabank da qatılıb. İndi Parabank dövlət və ya qeyri-dövlət xətti ilə xaricdə təhsil hüququnu qazanmış tələbələrə VİSA Plastic kartlarını hədiyyə verir. Bunun üçün tələbələr xaricdə təhsil hüququnu təsdiq edən sənədlərini və şəxsiyyət vəsiqələrini banka təqdim etməlidirlər.

Azərbaycanın ilk kommersiya banklarından biri olan "Parabank" ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hazırda bankın 8 filialı var.

Bank respublikanın regionlarında fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirir. "Parabank" ASC regionlarda özəl biznesə girovsuz kredit təqdim edən azsaylı banklardandır. Respublikanın aqrar sektorunun maliyyə ehtiyaclarının ödənilməsində fəal iştirak bankın strateji inkişaf planında mühüm yer tutur.

Xəbər lenti

Xəbər lenti