...

Azərbaycan Prezidenti xüsusi lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumuna əlavə edilməsi barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2009 20:18 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əlavə edilməsi barədə Fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə bir ay müddətində bu fərmanda göstərilən fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərin müəyyənləşdirilib təsdiq edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti