...

Texnika Bank İpoteka Fondunun xətti ilə 74 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2009 14:29 (UTC +04:00)
Texnika Bank ASC 2009-cu ilin iyununda Azərbaycanda ipoteka kreditləşməsinin bərpasından sonra Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ümumi məbləği 3 102 354 manat olan 74 ipoteka krediti verib. Bundan yeddisi ümumi məbləği 236 450 manat olan güzəştli kreditlərdir.
Texnika Bank İpoteka Fondunun xətti ilə 74 ipoteka krediti verib

Azərbaycan, Bakı, 12 avqust / Trend /

Texnika Bank ASC 2009-cu ilin iyununda Azərbaycanda ipoteka kreditləşməsinin bərpasından sonra Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ümumi məbləği 3 102 354 manat olan 74 ipoteka krediti verib. Bundan yeddisi ümumi məbləği 236 450 manat olan güzəştli kreditlərdir. Bu barədə çərşənbə günü bnkdan yayılan məlumatda deyilib.

"Bu günə banka ipoteka kreditinin alınması üçün 150 müraciət daxil olub", - məlumatda deyilib.

49 min manat məbləğində olan ilk ipoteka kreditini Texnika Bank iyunun 25-də 25 illiyə verib.

"Hazırda bankımız ipoteka kreditlərinin verilməsini davam etdirir və hər bir vətəndaş bu məqsədlə bankın filiallarına və baş ofisə müraciət edə bilər", - məlumatda deyilib.

Bankın İdarə Heyətinin sədri Samir Hüseynovun bir müddət əvvəl dediyi kimi, ilin sonuna qədər AİF xətti ilə minimum 3 milyon manatlıq daha 150-200 kredit verilməsi planlaşdırılır.

Bankın ümumi ipoteka portfeli xüsusi ipoteka proqramı da nəzərə alınmaqla 36 milyon manatdır. İlin sonunadək bu rəqəmin 55 milyon manata çatdırılması planlaşdırılır. Bu, Texnika Bank-a ipoteka portfelinin mühafizəsinə imkan verəcək ki, bunun üçün də adətən 75 milyon manat tələb olunur.

Hüseynovun sözlərinə görə, Texnika Bank hazırda əlavə maliyyə resurslarının müstəqil cəlb olunması üzrə danışıqlar aparır, çünki dünya kapital bazarında vəziyyət yaxşılaşır.

Avqsutun 12-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti