...

Azərbaycanın regionunda 110 sahibkara güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2009 17:41 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondu (SYMF) "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 14-də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün keçirib. 110 sahibkara 1 mln. manatadək güzəştli kredit verilib.
Azərbaycanın regionunda 110 sahibkara güzəştli kredit verilib

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir N.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondu (SYMF) "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 14-də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün keçirib. 110 sahibkara 1 mln. manatadək güzəştli kredit verilib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir. Layihənin maliyyələşdirilməsi 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

"Tədbir çərçivəsində 7 müvəkkil kredit təşkilatı vasitəsilə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında sənaye, kənd təsərrüfatı məhsulları və tikinti materiallarının istehsalı, eləcə də turizm sahələrində fəaliyyət göstərən sahibkarlar fondun kreditlərini alıb", - məlumatda qeyd olunur.

Turizm kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Şəkidə keçirilmiş tədbirdə 150 min manat güzəştli kredit alan iş adamı Rafiq Rəhimov isə 2009-cu ildə SYMF-dən müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kredit almış 1000-ci sahibkar olub.

2009-cu ilin ötən dövrü ərzində SYMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlərin həcmi 61,7 milyon manat təşkil edib, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1070-i ötüb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4500-dən artıq yeni iş yerinin yaradılması gözlənilir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində həmçinin sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Yardım Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda treninq də keçirilib. 350-dək sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar həmçinin Şəki şəhərində milli memarlıq üslubunda inşa edilən 33 otaq və 4 kotecdən ibarət 80 nəfərlik turizm kompleksinin tikintisinə baş çəkiblərf. Bu kompleksin tikintisinə 2008-ci ildə SYMF-dən müvəkkil kredit təşkilatı vasitəsilə 250 min manat güzəştli kredit ayrılıb. Sonra tədbir iştirakçıları Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən və indiyədək SYMF-in güzəştli kreditlərindən istifadə etmiş 35-ə yaxın sahibkarın istehsal etdiyi məhsullar və xidmətlərin sərgisi ilə tanış olublar.

Avqustun 14-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti