...

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi zəvvarlar arasında "donuz qripi"nin qarşısının alınması üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2009 17:08 (UTC +04:00)
Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi Həcc ziyarətinə gələn zəvvarlar arasında A/H1N1 virusunun yayılmasının qarşısını almaq məqsədilə tövsiyyələr hazırlayıb, şənbə günü Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi zəvvarlar arasında "donuz qripi"nin qarşısının alınması üçün tədbirlər görür

Azərbaycan, Bakı, 5 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi Həcc ziyarətinə gələn zəvvarlar arasında A/H1N1 virusunun yayılmasının qarşısını almaq məqsədilə tövsiyyələr hazırlayıb, şənbə günü Azərbaycan Səhiyyə nazirliyindən məlumat verilib.

İdarənin tövsiyyəsinə müvafiq olaraq, Ümrə və Həcc ziyarətində 12 yaşından aşağı və 65 yaşdan yuxarı zəvvarların iştirakı məqsədə uyğun deyil.

Həcc ziyarətinə getmək niyyətində olan möminlər mövsümi qripə görə peyvənd olunmalıdırlar. Virusun yayılmasının intensivliyindən asılı olaraq, ayrıca qərar qəbul edilsə, xəstəliyə qarşı peyvənd zəruri olacaq.

Səudiyyə Ərəbistanı konsulluqlarının vizaları yalnız peyvənd olunduğunu təsdiq edən sənədi təqdim edən zəvvarlara veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti