Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanın mənzil fondu yanvar-avqust aylarında 721,6 min kvadratmetr təşkil edib. Bu da 2008-ci ilin anoloji dövründəkindən 18,6 faiz azdır. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövr ərzində tikinti-təmir işlərinin aparılması üçün 3215 milyon manat göndərilib, illik hesablamada isə göstərici 5,5 faiz azalıb.
İstehsal obyektlərinin inşasına ilin birinci yarısında 3547,5 milyon manat yatırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz azdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]