...

"Azərbaycan Dəmir Yolları" Dağıstanda yolda maneələr yaranmasına baxmayaraq, sərnişinlərin hərəkətini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2009 17:33 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Azərbaycanla Dağıstan sərhədində güclü yağış nəticəsində dəmir yollarının yuyulmasına görə qatarların hərəkətində yaranan maneəyə baxmayaraq, Bakı istiqamətində və paytaxtdan ölkə xaricinə hərəkət edən təxminən min nəfər sərnişinin hərəkətini təşkil edib.
"Azərbaycan Dəmir Yolları" Dağıstanda yolda maneələr yaranmasına baxmayaraq, sərnişinlərin hərəkətini təşkil edib

Azərbaycan, Bakı, 21 sentyabr / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" Azərbaycanla Dağıstan sərhədində güclü yağış nəticəsində dəmir yollarının yuyulmasına görə qatarların hərəkətində yaranan maneəyə baxmayaraq, Bakı istiqamətində və paytaxtdan ölkə xaricinə hərəkət edən təxminən min nəfər sərnişinin hərəkətini təşkil edib.

"Bu gün 18.00-da (Bakı vaxtı ilə) Şimali Qafqazın Qızılyurd stansiyasına Moskva-Bakı qatarı gələcək, sərnişinlər avtobuslara yerləşdirilərək Dağıstan paytaxtına göndəriləcək, sonra Şimali Qafqaz dəmir yolunun verdiyi qatara yerləşdiriləcəklər", - bazar ertəsi Trend -a "Azərbaycan Dəmir Yolları" SC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, digər reyslərin sərnişinləri də əlverişsiz hava şəraitinin səbəb olduğu çətinliklərə baxmayaraq, hərəkəti davam etdirəcəklər. Belə ki, Tümen-Bakı və Kiyev-Bakı qatarının sərnişinləri artıq əks istiqamətdə hərəkət edərək sərnişinləri Azərbaycan paytaxtına çatdıracaq Bakı-Tümen reysinə yerləşdiriliblər. Məcburən marşrut hərəkətini Dağıstanda dayandıran Bakı-Tümen reysinin sərnişinləri isə əks istiqamətdə hərəkət edərək sərnişinləri təyinatı üzrə çatdıracaq Tümen-Bakı reysinə yerləşdiriləcəklər.

Şimali Qafqaz Dəmir Yolları İdarəsinin məlumatına görə, güclü yağışlar su anbarını və Oktyabr İnqilabı adına kanalı həddindən artıq doldurub, bu da dambanın dağılmasına səbəb olub, RİA Novosti yazır. Su dəmir yollarının yaxınlığına dağılıb.

Dəmir yollarının təmiri artıq başlayıb. Təmirin nə vaxt başa çatacağı hələ ki, açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti