...

Azərbaycanda çörəyin qiyməti azaldılmalıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2009 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərbaycanda çörəyin qiyməti azaldılmalıdır", - bu barədə cümə günü kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Əgər ixrac edən ölkələrlə yanaşı, ölkədə yerli taxıl istehsalının qiyməti azalırsa, bu özünü ən azından 50 faiz çörəyin qiymətində göstərməlidir", - nazir bildirib.

Onun sözlərinə əsasən, bununla yanaşı, nazirlik çörəyin qiymətinə nəzarət edə bilməz, sadəcə bu məsələ üzrə öz tövsiyələrini verir.

Nazir həmçinin bildirib ki, bu il Azərbaycanda 2,14 milyon ton taxıl istehsal olunub. Daxili istehlak 1,6 milyon ton təşkil edir.

"Daxili taxıl istehsalının artmasına baxmayaraq, bu gün idxaldan tam imtina etmək barədə danışmaq çətindir, belə ki, bəzi fermerlər öz məhsulunu ixrac da edə bilərlər", - nazir bildirib.

Azərbaycanda 1 ədəd çörəyin qiyməti 0.30 manat təşkil edir.

Oktyabrın 2-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti