...

Azərbaycan Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 12:43 (UTC +04:00)
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsi və vəsaitlərinin istifadəsi qaydaları təsdiq edilib.
Azərbaycan Prezidenti Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsi və vəsaitlərinin istifadəsi qaydaları təsdiq edilib. Bu barədə fərmanın AzərTac Dövlət İnformasiya Agentliyində dərc edilən mətnində deyilir.

Əsasnaməyə əsasən, SKMF Azərbaycan Respublikasının dövlət büdcəsindən Fondun saxlanılması üçün ayrılan vəsait hesabına, həmçinin digər mənbələr hesabına maliyyələşdirilir.

Fondun vəsaitləri Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları; Fondun fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş güzəştli kreditlər üzrə əsas borc, faiz, cərimə və komissiyon haqqı üzrə ödənişlər; yerli və xarici, hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr; xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar, yerli və xarici maliyyə bazarlarından qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən alınmış kreditlər hesabına formalşdırılır.

Fondun vəsaitinin istifadəsi haqqında məlumat üç aydan bir kütləvi informasiya vasitələrində dərc edilməlidir.

Fondun ali idarəetmə orqanı Müşahidə Şurası hesab olunur.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Fondun idarə edilməsi ilə bağlı SKMF-in fəaliyyətinə dair hesabatların təsdiq edilməsi, Fondun strukturu, struktur bölmələrinin əsasnamələri, müəyyən edilmiş ştat sayına uyğun ştat cədvəli və xərclər smetasının təsdiq edilməsi, Fondun Müşahidə Şurasının sədrini, icraçı direktorunu, onun müavinini və baş mühasibini vəzifəyə təyin edilib və vəzifədən azad edilməsi kimi tədbirləri həyata keçirir.

Müşahidə Şurası sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət say tərkibində təşkil edilir. Müşahidə Şurasının 3 (üç) üzvü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; Azərbaycan Respublikasının Vergilər Nazirliyi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təyin edilir. Müşahidə Şurasının 4 (dörd) üzvü Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən təyin edilir. Müşahidə Şurası öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir.

Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fond ləğv edildikdə onun qalan əmlakı dövlətin sərəncamına keçir.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat həcmində güzəştli kreditlərin verilməsi planlaşdırılır, onun 74 milyon manatı büdcə vəsaitlərinin, 56 milyon manatı isə əvvəlcə verilmiş kredit vəsaitlərinin payına düşür.

Oktyabrın 08-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti