Azərbaycan, Bakı, 20 oktyabr / Trend /
Azərbaycanın sığorta şirkəti Qarant Sığorta BizKluba daxil olub və bundan sonra BizKlub üzvləri şirkətin sığorta məhsullarını aldıqları zaman böyük güzəştlər əldə edəcəklər, çərşənbə axşamı şirkətdən yayılan məlumatda deyilir.
"BizKlub"un üzvləri aşağıda sadalanan sığorta məhsullarını 20%-li endirimlə əldə edə biləcəklər:
1 yaşdan 18 yaşadək olan uşaqların tibbi sığorta paketi;
tələbələr üçün sığorta paketi;
xaricə səfər edənlər üçün sığorta paketi;
daşınmaz əmlakın sığortalanması;
tibbi sığortalanma və bədbəxt hadisələrdən sığortalanma
Bununla yanaşı, "BizKlub"un bütün üzvlərinə avtomobilin "Qarant Sığorta"da sığortalanmasına 15%-li endirim təklif olunur.
Qeyd edək ki, "BizKlub" - "Azercell"in fakturalı xətt abonentləri üçün nəzərdə tutulmuş sərfəli ünsiyyət, müxtəlif güzəştlər və endirimlər klubudur.
"Qarant Sığorta" "BizKlub"un tərəfdaşı olan ilk Azərbaycan sığorta şirkəti olub.
Qarant Sığorta şirkəti 2007-ci ilin noyabrın 27-də qeydiyyatdan keçib. Faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlində başlayıb. Şirkətin nizamnamə kapitalı 4 milyon manatdır.
Oktyabrın 20-nə olan cari məzənnə 0,803 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]