...

Gürcüstan hökuməti cəmi iki gömrük vergisini saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 20:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti gömrük rüsumlarının sayının azaldılması barədə qərarı bəyənib. Mövcud olan 3 növ gömrük rüsumundan yalnız ikisi qalıb. Bu barədə maliyyə naziri Kaxa Bainduraşvili cümə günü hökumət iclasının yekunlarına həsr edilmiş brifinqdə deyib.

Hazırda Gürcüstanda 0, 5 və 12 faizli tariflər fəaliyyət göstərir.

"Onlardan yalnız 0 və 12 faizli rüsumlar qalıb, bu da müsbət dəyişiklikdir", - Bainduraşvili deyib.

"5 faizli gömrük rüsumuna düşən malların əksəriyyəti sıfırlanacaq", - nazir deyib.

Gömrük rüsumundakı dəyişikliklər 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti