...

Sloveniya Azərbaycan ilə əmtəə dövriyyəsinin artırılmasını istəyir - Prezident Danilo Türk

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 13:29 (UTC +04:00)
Sloveniya Prezidenti Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq hesabına əmtəə dövriyyəsinin artırılmasının vacibliyini bəyan edib. Sloveniya Prezidenti Danilo Türkün Trend News-a müsahibəsində bəyan etdiyi kimi, xarici ticarət dövriyyəsinin cari səviyyəsi "çox aşağıdır və bunu artırmaq lazımdır".
Sloveniya Azərbaycan ilə əmtəə dövriyyəsinin artırılmasını istəyir - Prezident Danilo Türk

Bakı, Azərbaycan, 05 noyabr / Trend /

Sloveniya Prezidenti Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq hesabına əmtəə dövriyyəsinin artırılmasının vacibliyini bəyan edib. Sloveniya Prezidenti Danilo Türkün Trend -a müsahibəsində bəyan etdiyi kimi, xarici ticarət dövriyyəsinin cari səviyyəsi "çox aşağıdır və bunu artırmaq lazımdır".

"Fikrimcə, bir çox sahələrdə iqtisadi əməkdaşlıq imkanları mövcuddur", - noyabrın 9-10-da Azərbaycana səfəri planlaşdırılan Sloveniya Prezidenti bildirib.

"Azərbaycana səfərim zamanı məni Sloveniyanın 70 aparıcı biznesmenindən ibarət komanda müşayiət edəcək ki, bu da ölkəmizin müəyyən sahələrdə maraqlı olmasına sübutdur. Hesab edirəm ki, tərəfdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox sahələr var. Bunlar arasında energetika, informasiya texnologiyaları, tikinti və investisiya sahələri yer alır. Biz ikitərəfli əməkdaşlığı maliyyə xidmətləri, sığorta və digər xidmət sahələrində də təkmilləşdirə bilərik", - Prezident Türk qeyd edib.

Sloveniya dövlət başçısı ölkənin yaşayış binalarının, sənaye obyektlərinin, idman meydançalarının inşasında, müxtəlif yeni materialların və yeni tikinti texnologiyaların istifadəsi sahəsində böyük təcrübəsini misal göstərib.

"Yuxarıda sadalanan təcrübədən Sloveniya şirkətləri Avropa, Aralıq dənizi və Yaxın Şərqdəki investisiyalarında istifadə edir. Hesab edirəm ki, hazırkı səviyyədən daha fəal əməkdaşlıq edə biləcəyimiz bir çox başqa sahələr də var", - Prezident Türk əlavə edib.

Xəbər lenti

Xəbər lenti