...

Azersun Holding-in prezidenti Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 20:33 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərəncamına əsasən Azersun Holding-in prezidenti Abdulbari Gözəl Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.
Azersun Holding-in prezidenti Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir E.İsmayılov/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərəncamına əsasən Azersun Holding-in prezidenti Abdulbari Gözəl Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.

Orden holdinqin Azərbaycan və Gürcüstan arasında mal dövriyyəsinin artırılmasındakı töhfələrinə və regionda böyük iqtisadi layihələrin realizəsinə görə təqdim edilib.

Mükafatlandırma mərasimi cümə axşamı Bakıda keçirilib. Orden Azersun Holding prezidentinə Gürcüstanın Azərbaycandakı səfiri Nikolaz Natbiladze tərəfindən təqdim edilib.

Azersun Holding 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri: çayların, bitki yağlarının emalı və çəkilib-bükülməsi, ticarət və distribüterlik, inşaat, bank fəaliyyəti, ət və tərəvəz konservləri, şəkər və kağız-karton məmulatlarının istehsalı, yüklərin daşınması və saxlanması və s.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti