...

İlin əvvəlindən Türkmənistanın dövlət büdcəsində profisit qeydə alınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 11:50 (UTC +04:00)
10 ay ərzində dövlət büdcəsinin gəlir hissəsi 109 faiz, xərc hissəsi isə 94 faiz yerinə yetirilib.
İlin əvvəlindən Türkmənistanın dövlət büdcəsində profisit qeydə alınır

Türkmənistan, Aşqabad, 09 noyabr / Trend , müxbir H.Həsənov /

10 ay ərzində dövlət büdcəsinin gəlir hissəsi 109 faiz, xərc hissəsi isə 94 faiz yerinə yetirilib.

Statistik məlumatlarda qeyd olunduğu kimi, qlobal maliyyə böhranı dövründə yaradılan Stabilizasiya fondunun vəsaitlərinin artırılması həyata keçirilir.

Sonuncu hökumət iclasında Prezident Qurbanqulı Berdıməhəmmədov növbəti il üçün dövlət büdcəsi layihəsi - vacib maliyyə sənədinin tez bir zamanda hazırlanması və baxılması üçün Nazirlər Kabinetinin növbəti iclasında təqdim edilməsini tapşırıb.

"Bütün planların və proqramların həyata keçirilməsinin uğuru düşünülmüş, savadlı şəkildə hesablanan 2010-cu il üçün dövlət büdcəsindən asılıdır", - Türkmənistan dövlət başçısı sosial aspektə xüsusi diqqət ayırılmasını tələb edərək bildirib.

Xəbər lenti

Xəbər lenti