Azərbaycan, Bakı, 12 noyabr / Trend /
Azərbaycanın sığorta şirkəti MBASK öz müştərilərinə dekabrın 31-dək avtomobil sığortası üçün 50%-lik güzəştlər təklif edir, cümə axşamı şirkətdən yayılan məlumatda deyilir.
"Mən Şanslıyam" kampaniyası, avtomobil sahibinin sürücülük stajından və yaşından, avtomobilin dəyərindən və markasından, habelə şirkətə müraciət etməyin tarixindən asılı olaraq, avtomobil sığortası üzrə 50% endirim nəzərdə tutur.
Belə ki, məsələn, noyabr ayının 30-na qədər müraciət edənlər dərhal 10% endirim əldə edəcəklər, endirimin yerdə qalan 40%-i isə yuxarıda sadalanan amillərdən asılı olacaq. Hamının 50% endirim əldə etmək şansı var.
Onu da qeyd etmək lazımdır ki, 50%-ə qədər endirim MBASK şirkətinin qüvvədə olan tariflərinə tətbiq edilir. Yəni, MBASK şirkətinə müraciət edən istənilən müştəri avtomobil sığortası üzrə mükafatın hesabını bu gün qüvvədə olan tariflərə müvafiq olaraq əldə edəcək və müştəri "Mən Şanslıyam" kampaniyasında iştirak etmək arzusunda olduqda, artıq alınmış mükafata münasibətdə müvafiq endirim tətbiq ediləcək.
Cari ildə şirkət, bank sığortası ilə bağlı olmayan özəl sığortanın inkişafı üzrə fəal tədbirlər həyata keçirməyə başlayıb.
Bu istiqamətdə iş "Sərfəli Sığorta" kampaniyası çərçivəsində başlanmışdı. Şirkət bazar üçün uyğunlaşdırılmış, əhalinin orta gəlirli geniş təbəqələri üçün əlverişli olan və əmlakın, avtomobillərin, üçüncü şəxslər qarşısında məsuliyyətin, habelə turist səyahətlərinin seçilmiş opsiyalar üzrə, kifayə qədər məqbul qiymətə sığorta olunması imkanı verən sığorta məhsullarını fəal şəkildə tətbiq edir.
Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK SŞ 29 növ sığorta xidməti göstərir ki, onlardan 4-ü icbaridir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manatdır. 2005-ci ilin yanvarından MBASK-ın səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur. Onun əsas təsisçisi Unibank-dır.
12 noyabra olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]