...

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun reyestrində dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 15:03 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fonduna (ADİF) üzv banklardan ikisinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edilib, cümə axşamı yayılan məlumatda deyilir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun reyestrində dəyişikliklər edilib

Azərbaycan, Bakı, 12 noyabr/ Trend /

Əmanətlərin Sığortalanması Fonduna (ADİF) üzv banklardan ikisinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edilib, cümə axşamı yayılan məlumatda deyilir.

Azfinansbank-ın adı dəyişilərək AFB bank, Azərdəmiryolbank-ın adı dəyişilərək Dəmirbank adlandırılıb. Bu gün fondun 42 üzvü var.

1 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Noyabrın 12-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti