...

AYİB Azərbaycanda iki il əvvəl inşa edilən avtomobil yolunun vəziyyətini qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2009 11:30 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihələrin qiymətləndirilməsi şöbəsinin baş meneceri Volfhanq Qruberin başçılıq etdiyi missiyası inşaatı 2007-ci ildə başa çatan Hacıqabul-Kürdəmir avtomobil yolunun vəziyyətinin qiymətləndirilməsi üçün Bakıdadır. Bu barədə cümə axşamı AYİB-in Bakı nümayəndəliyindən deyilib.
AYİB Azərbaycanda iki il əvvəl inşa edilən avtomobil yolunun vəziyyətini qiymətləndirir

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir İ.Xəlilova/

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihələrin qiymətləndirilməsi şöbəsinin baş meneceri Volfhanq Qruberin başçılıq etdiyi missiyası inşaatı 2007-ci ildə başa çatan Hacıqabul-Kürdəmir avtomobil yolunun vəziyyətinin qiymətləndirilməsi üçün Bakıdadır. Bu barədə cümə axşamı AYİB-in Bakı nümayəndəliyindən deyilib.

Uzunluğu 85 kilometr olan avtomobil yolunun inşaat layihəsinin ümumi dəyəri 46,6 milyon dollardır. Bu vəsaitin 41 milyon manatı AYİB-in hesabına maliyyələşib.

"Bank missiyası qiymətləndirmə zamanı yolların iki illik istismardan sonra keyfiyyətinin saxlanmasından əmin olmaq niyyətindədir, - nümayəndəlikdən deyilib. - Bununla əlaqədar olaraq missiya Hacıqabul-Kürdəmir sahəsinin vəziyyətini digər yollarla müqayisə etmək məqsədilə Gəncədədir".

Hacıqabuldan Kürdəmirədək olan avtomobil yollarının yenidən qurulması layihəsi bu sahənin inşasına köməklə yanaşı, avtomobil sektorunun yenidən strukturlaşması sahəsinə dəstək məqsədi daşıyır. "AYİB-in ölkələrə keçid mərhələsində dəstək göstərilməsi üzrə mandatına müvafiq olaraq, layihələrin qiymətləndirilməsi onların realizəsinin müxtəlif mərhələlərində aparılır", - nümayəndəlikdən deyilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti