...

Bakıda insan resursları ilə idarə sahəsi üzrə aparıcı mütəxəssislər toplanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2009 19:19 (UTC +04:00)
Bakı 25-26 noyabr tarixlərində insan resurslarının idarə edilməsi sahəsində aparıcı mütəxəssisləri qəbul edəcək. RİTN və Access Bank-ın dəstəyi ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda keçiriləcək I Beynəlxalq konfransda biznesmenlər, iqtisadçılar, mütəxəssislərin iştirakı qeydiyyata alınıb.
Bakıda insan resursları ilə idarə sahəsi üzrə aparıcı mütəxəssislər toplanacaq

Azərbaycan, Bakı, 13 noyabr / Trend /

Bakı 25-26 noyabr tarixlərində insan resurslarının idarə edilməsi sahəsində aparıcı mütəxəssisləri qəbul edəcək. RİTN və Access Bank-ın dəstəyi ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda keçiriləcək I Beynəlxalq konfransda biznesmenlər, iqtisadçılar, mütəxəssislər, həmçinin Azərbaycanın müxtəlif nazirlik və idarələrindən, beynəlxalq təşkilatlardan 70-dən çox nümayəndənin iştirakı qeydiyyata alınıb.

Proqramda 10 məruzə, 5 master-klass, 4 dəyirmi masa yer alıb. Spiker şirkətlər arasında "Mobil TeleSistemlər" (Rusiya), "Texnosila" (Rusiya), Access Bank (Azərbaycan), In Form Network (Latviya), Profiles International (ABŞ), Air -Astana (Qazaxıstan), BeltaCredit - Soсiete General Group bankı (Rusiya/Fransa) və başqaları var.

Konfrans müasir Azərbaycanın inkişafının mühüm mərhələlərini, onun cəmiyyəti və biznesini əks etdirir:

- İnsan kapitalının inkişafında dövlətin yeri və rolu;

- İnsan kapitalının inkişafında biznesin yeri və rolu;

- İnsan kapitalı - istənilən təşkilatın əsası;

- İnsan kapitalı - ölkə iqtisadiyyatının inkişafının əsası;

- Regionların inkişafı və miqrasiya;

- İnsan kapitalında investisiya;

- İnsan kapitalında metodlar, investisiyalaşma alətlərii və yolları

Xəbər lenti

Xəbər lenti