...

Bakı metrosunda yeni stansiyanın açılışı dekabrın ikinci ongünlüyündə gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2009 13:16 (UTC +04:00)
"Bakı metropoliteninin yeni stansiyası "Azadlıq"ın açılışı dekabrın ikinci ongünlüyündə gözlənilir", - çərşənbə günü Bakı metropeloiteninin rəhbəri Tağı Əhmədov jurnalistlərə deyib.
Bakı metrosunda yeni stansiyanın açılışı dekabrın ikinci ongünlüyündə gözlənilir

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/

"Bakı metropoliteninin yeni stansiyası "Azadlıq"ın açılışı dekabrın ikinci ongünlüyündə gözlənilir", - çərşənbə günü Bakı metropeloiteninin rəhbəri Tağı Əhmədov jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda metropolitenin üçüncü yeni xəttinin inşa edilməsi üçün daha üç - "Müşviq" ("Azadlıq" stansıyasının davamı), "Cavadxan" və "Avtovağzal" stansiyalarının tikinti işləri aparılır.

Metropolitenin inkişafının 20-illik planına əsasən, stansiyaıların sayı 68 çatdırılacaq.

"Nəzərdə tutduğumuz kimi əgər tikinti iki, yaxud üç istiqamətdə aparılarsa, onda 2040-cı ildə bütün stansiyalar fəaliyyət göstərəcək", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti