...

Beynəlxalq Sığorta Şirkəti Britaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2009 12:22 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Beynəlxalq Səğorta Şirkəti (BSŞ) noyabrın 23-23-də öz ofisində Britaniyanın London Management Centre plc (LMC), Integro Insurance Brokers, The PBN Company və London Corporate Trainingşirkətlərinin nümayəndələri ilə görüş keçirib. Bu barədə BSŞ tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.
Beynəlxalq Sığorta Şirkəti Britaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirib

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir Ü.İsmaylova/

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Beynəlxalq Səğorta Şirkəti (BSŞ) noyabrın 23-23-də öz ofisində Britaniyanın London Management Centre plc (LMC), Integro Insurance Brokers, The PBN Company və London Corporate Trainingşirkətlərinin nümayəndələri ilə görüş keçirib. Bu barədə BSŞ tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.

Görüş, Middle East Association dəstəyi və Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə 22-26 noyabrda Azərbaycanda keçirilən Britaniyanın ticarət proqramı missiyası çərçivəsində keçirilib.

Həmin missiyanın iştirakçıları iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən və Azərbaycanın aparıcı şirkətləri ilə işgüzar münasibət və əlaqə yaratmaqda maraqlı olan Böyük Britaniyanın biznes dairələrinin nümayəndələridir. Ümumilikdə Bakıya 17 Britaniya şirkətinin nümayəndəsi gəlib.

Hələlik bu görüşlər tanışlıq xarakteri daşıyır və onların əsas məqsədi tərəfdaşlıq münasibətlərinin yaradılması və maliyyə xidmətləri, tikinti biznesi, Britaniya bazarında Azərbaycan şirkətlərinin maraqlarını nümayiş etdirmək, yerli şirkət nümayəndələrinin xaricdə təlim alması və digər sahələrdə qarşılıqlı mənfəətli yolların tapılması imkanlarını müzakirə etməkdir.

Международная страховая компания является дочерней компанией Международного банка Азербайджана и функционирует с апреля 2002 года. На сегодня у МСК самый высокий рейтинг финансовой устойчивости (Insurance Financial Strength Rating, IFSR) на страховом рынке Азербайджана, присвоенный Moody's Investors Service на уровне "B2" с прогнозом рейтинга - "стабильный".

Beynəlxalq Sığorta Şirkəti Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsidir və 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Bu bün BSŞ Azərbaycanın sığorta bazarında Moody's Investors Service tərəfindən B2" dərəcəsində verilmiş maliyyə sabitliyi üzrə ən yüksək reytinq proqnozuna malikdir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti