...

Bakı metropoliteni yeni stansiyanı istismara verməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2009 11:03 (UTC +04:00)
Dekabrın 20-də Bakı metropoliteninin 22-ci stansiyası olan "Azadlıq" stansiyası istismara veriləcək. Bu barədə çərşənbə günü Bakı metropolitenindəki mənbədən bildirilib. Yeni stansiya paytaxtın 8-ci mikrorayonunda yerləşəcək.
Bakı metropoliteni yeni stansiyanı istismara verməyə hazırlaşır

Azərbaycan,Bakı, 24 noyabr / Trend , müxbir E.İsmayılov/

Dekabrın 20-də Bakı metropoliteninin 22-ci stansiyası olan "Azadlıq" stansiyası istismara veriləcək. Bu barədə çərşənbə günü Bakı metropolitenindəki mənbədən bildirilib. Yeni stansiya paytaxtın 8-ci mikrorayonunda yerləşəcək.

"Hazırda stansiyada yekun işlər aparılır. Stansiya rəsmiləşdirilir və açılış mərasiminə hazırlanır. Dekabrın 20-dən sonra stansiyanın istismara veriləcəyi gözlənilir", - mənbə deyib. Stansiyanın tikintisi keçən il başlanıb. Tikinti çərçivəsində "Bakımetrolayihə" İnstitutu Rusiya və Belarus institutları ilə birgə stansiyanın layihəsini hazırlayıblar. Tikinti işləri üçün zəruri olan material və avadanlıqların bir hissəsi Rusiya, Ukrayna, Türkiyə, Almaniya və digər ölkələrdən gətirilib.

Mənbənin daha əvvəllər verdiyi məlumata görə, "Azadlıq" stansiyasının tikintisi üzrə işlərin başa çatdırılması üçün cari ildə dövlət büdcəsindən 57 milyon manat vəsait (vergilərlə) ayrılıb.

Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir və 21 stansiyası var. Metropolitenin 7 stansiyası ("İşərişəhər", "Sahil", "28 May", "Cəfər Cabbarlı", "Xətai", "Nizami Gəncəvi", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" stansiyası yerüstü, qalanları isə sütunlu stansiyalardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti