...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 1 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi MBASK sığorta şirkətinin hər birinin nominal dəyəri 200 manat olan 5 min ədəd sənədsiz adi adsız emissiya prospektini qeydə alıb. Bu barədə Dövlət Komitəsindən cümə axşamı yayılan məlumatda deyilir. Emissiyanın həcmi 1 milyon manat təşkil edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 3 milyon manatadək artacaq.

Əvvəllər şirkətdən verilən məlumata görə, dekabrın əvvəllərində keçirilən MBASK səhmdarlarının ümumi yığıncağında şirkətin nizamnamə kapitalını cari ilin sonunadək bir milyon manat artırmaq qarara alınıb.

Şirkətdən həmçinin deyilib ki, səhmdarların qərarı ilə 2010-cu ilin birinci rübündə nizamnamə kapitalı əlavə olaraq şirkətin 2009-cu ildəki gəlirlərinin hesabına, yəni ən azı daha 1,5 milyon manat artacaq.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK SŞ dördü icbari olmaqla 29 növ sığorta xidməti göstərir. Şirkətin nizamnamə kapitalı 2 milyon manat təşkil edir. 2005-ci ilin yanvar ayından MBASK səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur. Onun əsas təsisçisi Unibank-dır.

Yanvar-oktyabr aylarının fəaliyyət yekunları üzrə MBASK şirkəti 4,39 milyon manatlıq ödəmələrlə 5,8 milyon manat haqq yığıb.

Dekabrın 10-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti