...

Azərbaycanın Risk Peşəkarları Assosiasiyası inkişaf perspektivlərini gözdən keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Risk Peşəkarları Assosiasiyası himayəçilər şurasının ilk iclasını keçirib. İclasda Şuranın əsasnaməsi, Assosiasiyanın üzvlük siyasəti və idarəedici orqanı olan Direktorlar Şurasının əsasnaməsi müzakirə olunub.

Himayəçilər Şurasının əsas məqsəd və vəzifəsi ARPA-nın fəaliyyətinə dəstək vermək və onun fəaliyyətinin məhsuldar olması üçün tədbirlər görməkdir.

Bununla yanaşı, strateji məqsədlərə çatmaq üçün görülmüş işlər, qarşıda duran məsələlər, yeni sahələrin və strateji məqsədlərin müəyyən olunması və digər mühüm mövzular kimi "Banklarda Daxili Auditorların sertifikasiyası" proqramı, "Qabaqcıl Risk Menecment" proqramı müzakirə olunub, Direktorlar Şurasına bu məsələlər barədə tövsiyələr verilmişdir.

Assosiasiyanın Himayəçilər Şurasının hazırda 11 üzvü vardır. Ümumilikdə isə, üzvlərin sayı 15 nəfər olması sənədlərlə nəzərdə tutulub. Himayəçilər Şurasının iclasları rübdə bir dəfədən az olmamaq şərti ilə keçiriləcək.

Şuranın sədri vəzifəsinə Mərkəzi bannkın kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov, onun müavini vəzifəsinə isə Əmrahbank-ın idarə heyətinin sədri Emil Məmmədov təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti