...

Bakıda təkrar mənzillərə tələbat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Bakıda noyabr ayında təkrar mənzilin bir kvadratmetrinin orta qiyməti oktyabr ayında olan 1243 dollara nisbətdə 1231 dollar təşkil edib. Bu göstərici 2007-ci il fevral ayındakı göstəricidən aşağıdır. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Noyabrda Bakının heç bir rayonunda qiymət artımı müşahidə edilməyib. Qiymətlərin ən əhəmiyyətli artımı Səbail rayonunda - 1,9% qeydə alınıb. Orta qiymətdən aşağı qiymətlə təklif edilən mənzillərin payı ümumi bazar portfelinin 58,8%-ni təşkil edib.

Keçən ay orta otaq göstəricisi 2,48 təşkil edib. Bir otağın orta qiyməti 49 450 dollar, mənzilin orta qiyməti isə 113 561 dollar təşkil edib.

Ümumilikdə, noyabrda bazarda 6850 mənzil təklif edilib. Ən aktiv dörd rayonda - Yasamal, Xətai, Nərimanov və Nəsimi rayonlarında mənzillərin xüsusi çəkisi bazar portfelinin 78,6%-ni təşkil edir.

Xətai, Nərimanov və Yasamal rayonları noyabr ayında ən aktiv rayonlar olaraq qalıb. Bu da həmin rayonların ipoteka üçün əlverişli olması ilə əlaqədardır.

Noyabrda Bakının təkrar bazarında əmlakın alqı-satqısı üzrə sazişlərin sayı keçən aya nisbətən 1,3% artıb. Təkrar bazarda ilkin mənzillərin payı 58% təşkil edib ki, bu da oktyabr ayından 3,2% az olub.

Təkrar bazarda təkliflər 2,4% azalıb, lakin buna baxmayaraq orta qiymətlər 1% azalıb. İpoteka kreditinin bərpa edilməsi ilə əlaqədar bazarın bu seqmentinin likvidlik səviyyəsi cüzi artıb, lakin risk səviyyəsi hələ də yüksək olaraq qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti