...

AZAL QSC Həştərxanda yük terminalı inşa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 14:55 (UTC +04:00)
"Azərbaycan hava yolları" (AZAL) QSC Həştərxan hava limanında yük terminalının inşasında iştirak edə bilər, cümə günü Bakıdakı Xəzər inteqrasiya işguzar klubunun iclasında vitse-qubernator, Rusiyanın Həştərxan vilayətinin hökümət rəhbəri Konstantin Markelov deyib.
AZAL QSC Həştərxanda yük terminalı inşa edəcək

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir N. İsmayılova, N. İsmayılov/

"Azərbaycan hava yolları" (AZAL) QSC Həştərxan hava limanında yük terminalının inşasında iştirak edə bilər, cümə günü Bakıdakı Xəzər inteqrasiya işguzar klubunun iclasında vitse-qubernator, Rusiyanın Həştərxan vilayətinin hökümət rəhbəri Konstantin Markelov deyib.

"Biz Azərbaycan hava limanının yük daşıma şəraiti və imkanları ilə tanış olduq. Həştərxan hava limanında yük terminalının inşası üzrə planlar var. Bizim AZAL şirkəti ilə bu cür razılaşmamız var və bu planlar dünən Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən təsdiqlənib", - Markelov deyib.

Markelovun sözlərinə görə, 2010-cu ildən AZAL tərəfindən həyata keçirilən Bakı- Həştərxan-Bakı reyslərinin sayı həftədə 2 dəfədən 3 dəfəyə kimi artırılacaq. Bu istiqamətə hava daşımalarının imkanlarına yük daşımaları imkanlarının da əlavə olunması planlaşdırılır.

Hazırda Bakı- Həştərxan-Bakı avia-reysləri çərşənbə axşamları və şənbə günləri reallaşdırılır. Çərşənbə axşamı təyyarə yerli vaxtla Bakıdan saat 08:00-da, şənbə günü isə saat 17:00-da çıxır. Biletin dəyəri 1 istiqamət üzrə 158 manat, hər iki istiqamət üzrə isə 233 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti