...

ARDNŞ tarixi abidələrin aşkarlanması və qorunması üzrə işləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 16:29 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi şirkətin Abşeron yarımadasında neft-qaz yataqlarının balansında olan ərazilərdə yerləşən tarixi-memarlıq abidələri haqqında toplanmış informasiyanın təqdimatını keçirib.
ARDNŞ tarixi abidələrin aşkarlanması və qorunması üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Bədəlova/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi şirkətin Abşeron yarımadasında neft-qaz yataqlarının balansında olan ərazilərdə yerləşən tarixi-memarlıq abidələri haqqında toplanmış informasiyanın təqdimatını keçirib. Çərşənbə axşamı ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayevin deyib ki, 2008-ci ildə ARDNŞ tərəfindən neftlə çirklənmiş torpaqların inventarizasiyası məqsədi ilə məlumatların elektron bazası hazırlanıb.

"Bazanın hazırlanması prosesində xəritədə bu ərazilərdə yerləşən təbii abidələr də qeyd edilib", - Babayev deyib.

Onun sözlərinə görə, bugünkü tədbir bu işin davamıdır. Tədbirin məqsədi xüsusilə ictimaiyyətin diqqətini tarixi abidələrin aşkarlanması və onların qorunması problemlərinə yönəltməkdir.

Babayevin dediyi kimi, abidələrin qorunması və bərpası üzrə işlərin aparılması yalnız ARDNŞ-nin səlahiyyətində deyil. Onun sözlərinə görə, bu istiqamətdə müsbət nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər yerli idarəetmə orqanları ilə əməkdaşlıq sayəsində əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti