Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir N.İsmayılova/
Bank of Azerbaijan bank filiallarının optimizasiyası siyasəti çərçivəsində özünün ən iri filialını açıb. Bu filial özündə 4 kiçik filialı birləşdirir. Bunu bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bazar ertəsi filialın açılış mərasimində deyib.
"Bank Bakı və ölkə regionlarında bənzər iri filialların açılmasına davam edəcək. Bu, bankın filial şəbəkələrinin optimizasiyası üzrə siyasətinin bir hissəsidir", - Şərifzadə deyib.
Onun sözlərinə görə, bu filialda müştərilərə bank xidmətlərinin bütün növləri təqdim ediləcək. Filialın sahəsi 560 kvadratmetr təşkil edir və eyni vaxtda 10-dan artıq müştəriyə xidmət göstərilməsinə hesablanıb. Filialda 30 nəfərədək işçi çalışacaq. Bununla yanaşı, yeni filialda VIP xidmət göstəriləcək. VIP müştərilərə personal menecer xidmət göstərəcək və onlar prioritet qaydada depozit seyflərindən istifadə edə bilərlər.
Yeni filial müştərilər üçün çox rahat olan yerdə - metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşir və müasir parkla təchiz edilib. Bank gələcəkdə də metrostansiyaların yaxınlığında və müştərilər üçün əlverişli olan yerlərdə iri filiallar açmaq niyyətindədir.
"Gələn ay Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında özündə 5 filialı birləşdirən daha iri filial açılacaq", - Şərifzadə deyib.
Bank of Azerbaijan-ın nizamnamə kapitalı 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan artıq təşkil edir. Bank of Azerbaijan 1993-cu ildə yaradılıb. Bank səhmlərinin 99%-i fiziki şəxslərə, 1%-i isə Dubayın NEM Holding şirkətinə məxsusdur.
Yanvarın 18-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.