...

Gürcüstan dəmiryolları daşımaları təxminən 20 faiz azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 11:13 (UTC +04:00)
Gürcüstan dəmiryolları 2009-cu ildə daşımaları 19 faiz azaldıb ki, bu da 2008-ci ilə nisbətdə 17,1 milyon ton təşkil edib. MMC-nin bildirdiyi kimi, böyük hissəsi neft və neft məhsullarından ibarət maye yüklər 9,7 milyon ton (3 faiz azalma) təşkil edib. Sərnişindaşımaları isə 9 faiz azalaraq 3,1 milyon nəfərə çatıb.
Gürcüstan dəmiryolları daşımaları təxminən 20 faiz azaldıb

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan dəmiryolları 2009-cu ildə daşımaları 19 faiz azaldıb ki, bu da 2008-ci ilə nisbətdə 17,1 milyon tona çatıb. MMC-nin bildirdiyi kimi, böyük hissəsi neft və neft məhsullarından ibarət maye yüklər 9,7 milyon ton (3 faiz azalma) təşkil edib. Sərnişindaşımaları isə 9 faiz azalaraq 3,1 milyon nəfərə çatıb.

Yük və sərnişindaşımalarındakı azalmanı "Gürcüstan Dəmir Yolları" dünya maliyyə böhranı və eləcə də 2009-cu ilin ilk ayında ölkədə olan siyasi qeyri-stabillik ilə izah edirlər.

Şirkətin 2009-cu ildə dəmiryol təsərrüfatının təmiri üçün sərf etdiyi investisiyalar təxminən 100 milyon lari təşkil edib (1 dollar = 1,74 lari).

Gürcüstanın istismarda olan dəmiryollarının uzunluğu 1324 kilometrdir. Sistemdə Rusiya və Ukrayna ilə 45 tunel, 1714 körpü, bərə keçidi var.

Xəbər lenti

Xəbər lenti