...

"Bank of Azerbaijan"-ın İdarə Heyətinin yeni sədri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2010 17:26 (UTC +04:00)
İşini yüksək peşəkarlıqla yerinə yetirən "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri Xəyal Şərif-zadə bankın səhmdarlarının ümumi iclasının qərarına əsasən yeni vəzifəyə təyin olunub. Bu gündən etibarən Xəyal Şərif-zadə "ZQAN Holding"-də təzə vəzifəsində çalışaraq yeni layihələr reallaşdıracaq. Bu barədə bankın məlumatında deyilir.
"Bank of Azerbaijan"-ın İdarə Heyətinin yeni sədri təyin olunub

Azərbaycan, Bakı, 04 fevral / Trend /

İşini yüksək peşəkarlıqla yerinə yetirən "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri Xəyal Şərif-zadə bankın səhmdarlarının ümumi iclasının qərarına əsasən yeni vəzifəyə təyin olunub. Bu gündən etibarən Xəyal Şərif-zadə "ZQAN Holding"-də təzə vəzifəsində çalışaraq yeni layihələr reallaşdıracaq. Bu barədə bankın məlumatında deyilir.

"Əminəm ki, mən qarşıya qoyulan məsələlərin öhdəsindən gələ biləcəm. Həmçinin bankın İdarə Heyətinin sədri təyin olunmuş Nedim Kaşkal "Bank of Azerbaijan"-ın Azərbaycanın maliyyə sektorunun liderlərindən birinə çevrilməsi istiqamətində uğurlar əldə edəcək", - Şərif-zadə bildirib.

"Şərif-zadə 2009-cu ilin yanvar ayında "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu və dərhal Bankın gələcək inkişafının təməlini qoyan bir sıra mühüm islahatlar həyata keçirmişdi", - məlumatda bildirilir.

Xəyal Şərif-zadə 13 yanvar 1977-ci il tarixində Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub.

Bankın İdarə Heyətinin yeni sədri təyin olunmuş Nedim Kaşkal isə zəngin bank təcrübəsinə malikdir və Türkiyənin "Ziraat Bankası"nda, "Vakıflar Bankası"nda və digər maliyyə qurumlarında yüksək vəzifələrdə çalışıb. 2003-cü ildən yeni təyinata qədər isə Kaşkal "Ziraat Bankası"nın Moskva filialının rəhbəri kimi çalışıb.

1954-cü il 20 yanvar tarixində dünyaya gələn Nedim Kaşkal İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

1993-cü ildə təsis olunan "Bank of Azerbaijan" ASC-nin nizamnamə kapitalının həcmi 15 milyon manat, ümumi aktivlərinin həcmi isə 144 milyon manatdan artıq təşkil edir.

Fevralın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti