...

ASB nizamnamə kapitalını 2 milyon manatdan çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2010 15:55 (UTC +04:00)
Fevralın 16-dan "Azərbaycan Sənaye Bankı" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
ASB nizamnamə kapitalını 2 milyon manatdan çox artırır

Azərbaycan, Bakı, 08 fevral / Trend /

Fevralın 16-dan "Azərbaycan Sənaye Bankı" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir. Emissiya həcmi 2,114 milyon manat, qiymətli kağızların sayı 10 570 min ədəd, hər birinin nominal dəyəri isə 0,2 manat təşkil edir. Səhmlərin yerləşdirilməsi anderrayteri  "Technique Capital Management" MMC-dir.

ASB-nin aktivləri yanvarın 1-nə 130,64 milyon manat təşkil edib. Şirkətin məcmu kapitalı 24,7 milyon manat təşkil edir. Ötən ilin analoji dövründə bu göstərici 16,14 milyon manat idi. Şirkətin nizamnamə kapitalı 20 milyon manata bərabərdir. Hazırda bankın ölkədə 8 filialı, 23 bankomatı və 257 POS-terminalı var.

ASB 1996-cı ildən fəaliyyətə başlayıb.

Fevralın 08-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti